Yaşayış binası yanarkən mənzillərdən 9 uşaq xilas edildi - FHN

 19:10 18.07.2022     697

Bu gün Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı binanın 2-ci mərtəbəsindən 17-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 60 p.m yanıb.

Bu barədə Redaktor.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yanğınsöndürənlərin çevikliyi sayəsində tüstülənmiş mənzillərdən 9-u uşaq olmaqla 32 nəfər xilas olunub və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.