"Açıq mikrofon" aksiyası bu dəfə Yasamalda təşkil EDİLDİ

 15:53 19.07.2022     1372

“Son zamanlar bizim qazla bağlı heç bir problemimiz və şikayətimiz yoxdur. Qazımız gur yanır."

Redaktor.az xəbər verir ki, bu sözləri Yasamal rayonunda keçirilən "Açıq mikrofon" aksiyasında  vətəndaş Nüşabə Hacıyeva bildirib.

Tədbirdə sayğacın quraşdırılması, qaz xəttinin yerinin dəyişdirilməsi, yaranmış borcun araşdırılması və s. ilə bağlı çıxış edən sakinlərin müraciətləri Birliyin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev və Birliyin digər nümayəndələri tərəfindən qeydiyyata alınıb.

Qeydiyyata alınan müraciətlərin isə bir hissəsi elə yerindəcə cavablandırılıb və vətəndaşlara lazımi məlumatlar verilib. 

Qeyd edək ki, növbəti aksiya iyul ayının 20-si Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində keçiriləcək.

22222