Prezidentdən yeni TƏYİNAT

 16:43 19.07.2022     213

Dövlət Mineral Xammal Ehtiyalarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyinat olub.

Redaktor.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Samir Ayət oğlu İdayətov təyin edilib.

Qeyd edək ki, Samir Ayət oğlu İdayətov 10 may 1980-cı il təvəllüdlüdür. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub, 2001-2003-cü illərdə həmin Universitetdə magistr dərəcəsinə yiyələnib. 2011-2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə üzrə əlavə ali təhsil alıb. 2003-2004-cü il tarixlərində hərbi xidmətdə olub. 2002-2017-ci illərdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri, 2017-ci ildə Dövlət Toxum Fondunda sədr, şöbə müdiri işləyib. 2018-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəis müavini, 2020-ci ildə "Azərbaycan Yaşıllaşdırma və Landşaft quruluşu" ASC-də sədr müavini olub. 10.11.2021-ci ildən yeni təyinata qədər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparatının Daxili Nəzarət və Audit şöbəsinin müdiri vəzifəsində işləyirdi.

Ailəlidir, 3 övladı var.

2