Maşınların icbari sığortası haqqının hesablanması qaydası DƏYİŞİR

 11:47 20.07.2022     370

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının hesablanması qaydası dəyişə bilər.

Redaktor.az "Report.az"a istinadən xəbər verir ki, bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da bu dəyişikliklə bağlı müzakirələr gedir: "Hazırda qısa şəkildə icbari avtomobil sığortası dediyimiz avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası nəqliyyat vasitəsinin mühərrikinin həcminə görə hesablanır. Yəni mühərrikin həcmi üzrə kubmetrlər artdıqca xidmət haqqı da artır. Bu, klassik yanaşmadır. İndi isə yeni yanaşma tələb olunur. Təkliflər var ki, bu sığorta növü avtonəqliyyat vasitəsinin kubmetrinə görə yox, at gücünə görə hesablansın. Çünki indi texnologiya inkişaf edir. Nəticədə 1500 kubmetr mühərrikə malik avtonəqliyyat vasitəsinin at gücü 2000-2500 kubmetrə malik köhnə avtomobilin at gücündən çoxdur".

Azərbaycan hökuməti bu yeni qaydanı tətbiq etmək üçün baza formalaşdırmalıdır və orada avtonəqliyyat vasitələri at gücü ilə katoqoriyalaşdırılmalıdır. Nəticədə həmin kateqoriyalar üzr ödənişlər müəyyən edilməlidir.

Hazırda minik avtomobillərinin və onların bazasında istehsali edilmiş digər avtonəqliyyat vasitələrinin mühərriklərinin həcminə görə sığorta haqqı belədir.

Avtonəqliyyat vasitəsinin növü

Sığorta haqqı (manat)

Fiziki şəxslər üçün

Hüquqi şəxslər üçün

1

Minik avtomobillərinin və onların bazasında istehsali edilmiş digər avtonəqliyyat vasitələri – mühərriklərinin həcminə görə

 

 

- 50 sm3 – 1500 sm3

50

60

- 1501 sm3 – 2000 sm3

75

90

- 2001 sm3 – 2500 sm3

100

120

- 2501 sm3 – 3000 sm3

125

150

- 3001 sm3 – 3500 sm3

150

180

- 3501 sm3 – 4000 sm3

175

210

- 4001 sm3 – 4500 sm3

200

240

- 4501 sm3 – 5000 sm3

225

270

- 5000 sm3 – dən çox

250

300

2

Avtobuslar, mikroavtobuslar və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – sərnişin yerlərinin sayına görə

 

 

9 – 16

150

180

16 – dan artıq

200

240

3

Yük avtomobilləri və onların bazasında istehsal edilmiş digər avtonəqliyyat vasitələri – icazə verilən maksimum kütləsinə görə

 

 

3500 kq-dan çox olmadıqda

150

180

3501 kq – 7 000 kq

200

240

7000 kq – dan yuxarı

250

300

4

Motosikletlər və motorollerlər

50

60

5

Qoşqular və yarımqoşqular

25

30

6

Traktorlar, yol-tikinti işlərində, meşə və kənd təsərrüfatında istifadə olunan avtonəqliyyat vasitələr

50

60

7

Trolleybuslar və tramvaylar

100

120