Mətbuat Şurası intihar xəbərlərinin geniş yayılmaması üçün tədbirlər görəcək - Əflatun Amaşov

 12:44 20.07.2022     455

"Bir sıra sayt, qəzet, televiziyalar və sosial şəbəkələrdə intiharlarla bağlı xəbərlərin sayı artır".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, intihar xəbərlərində insanlar qəhrəmana çevrilir: "Cəmiyyətdə iradəsi zəif insanlar bu xəbərlərlə media vasitəsi ilə tanış olur və məlumatlanırlar. Onlar problemlərinin həllinin çıxış yolunu da intiharda görür. Nəticədə intiharların sayı artır. Sosial problemlər, yoxsulluq insanları intihara aparır. İntihar hadisəsi konkret hadisədir və bütün dünyada baş verir".

"Biz necə edə bilərik ki, bu hadisələr azalsın? Müzakirələr aparacağıq və sonda ölkə jurnalistlərinə müraciət ünvanlayacağıq", - o bildirib.