Azərbaycanda karantin sərtləşdiriləcək? - RƏSMİ

 15:36 20.07.2022     527

"Koronavirusla bağlı 2 ildən çoxdur təcrübəyə malikik".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

O, bildirib ki, pandemiyanın ilk vaxtlarında virusla mübarizə üsulları bəlli deyildi.

"O dövrdə virus daha ağır idi. Virusla mübarizə üsulları aşkarlanmamışdı. Ona görə də sərt tədbirlərə gedilirdi.  Çünki xəstəxanalar yüklənirdi. Amma hazırda bu cür sərt tədbirlərin görülməsinə ehtiyac yoxdur. Sadəcə müvafiq qurumlar maska taxılmasını, sosial məsafə gözlənilməsini tövsiyə edirlər. Amma ümumilikdə sərt karantin tədbirlərinin tətbiq ediləcəyini gözləmirəm", - deyə T.Eyvazov bildirib.