“Azəriqaz”ın məsul şəxsləri Binəqədi sakinləri ilə görüşdü - FOTO

 16:14 20.07.2022     338

Bu gün Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində növbəti "Səyyar qəbul otağı" vətəndaşların ixtiyarına verilib.

Redaktor.az xəbər verir ki, görüşdə sakinlərin qaz sayğacının əvəzlənməsi, qaz kəmərinin yerinin dəyişdirilməsi və qazın limiti ilə bağlı ünvanladıqları sualları Birliyin məsul şəxsləri cavablandırıblar.

Bütün müraciətlər qeydiyyata alınıb.

Aksiyada çıxış edən qəsəbə sakini Nurəddin Ağamalıyev son 2-3 il ərzində qazın verilişi ilə bağlı heç bir problemlərinin olmadığını bildirib. Xatırladaq ki, “Açıq mikrofon” aksiyaları davam edir. Növbəti aksiya 21 iyul paytaxtın Xətai rayonunda keçiriləcək.

22222