Xırdalanda məcburi köçkünlər yeni binaya köçmək istəmir – VİDEO

Xırdalan qəsəbəsi, "Köhnə statistika" ərazisində yerləşən yataqxanada məskunlaşan Qubadlı və Zəngilan şəhərindən olan məcburi köçkünlər onlara verilən mənzillərə köçmək istəmirlər.
Redaktor.az xəbər verir ki, sakinlərin iddiasına görə, buna səbəb ərazinin tikinti şirkəti tərəfindən alınmasıdır.
Bina sakini Mübariz Qayıbov bildirib ki, tikinti şirkəti burda yaşayanları evlərindən məcbur çıxardır.
“Bizi çıxarıb başqa yerə göndərməkdənsə, deyirik, öz kəndimizə, rayonumuza göndərin”, – deyə Əli Zamanov qeyd edib.
Daha ətraflı Baku TV-nin süjetində: