Şuşada Beynəlxalq Media Forum keçiriləcək

 15:33 21.07.2022     1263

Sabah Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Mediada qlobal trendlər, yeni çağırışlar" Beynəlxalq Media Forum keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova məlumat verib.

Forumda yerli və xarici jurnalistlər iştirak edəcək.

Nərmin Vüqarqızı