Şəkidəki kütləvi zəhərlənmə sudan olmayıb - RƏSMİ

Şəkinin Yeni Çələbixan qəsəbəsində sudan götürülən nümunələrin nəticələri açıqlanıb:
Redaktor.az xəbər verir ki, "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllının sözlərinə görə, laborator müayinələr zamanı içməli suda problem olmadığı aşkarlanıb:
“Qəsəbə sakinləri Şəki şəhər abonentləri ilə eyni mənbədən su alırlar. Suyun həm fiziki-kimyəvi, həm də mikrobioloji göstəriciləri standartlar çərçivəsindədir".