"Azəriqaz"ın baş direktoru canlı yayımda müraciətləri dinləyəcək

İyul ayının 22-də saat 15:00-da "Facebook" sosial şəbəkəsi üzərindən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin canlı yayımı planlaşdırılır.
Redaktor.az xəbər verir ki, bu barədə sözügedən birlikdən bildirilib.
Vətəndaşlar qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda baş direktora müraciət edə bilər.