Şuşada Beynəlxalq Media Forum başladı

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Mediada qlobal trendlər, yeni çağırışlar" Beynəlxalq Media Forum öz işinə başlayıb.
Redaktor.az xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev öncə Prezident İlham Əliyevin 22 iyul Milli Mətbuat Günü münasibətilə Azərbaycan jurnalistlərinə təbrik məktubunu oxuyub.
Qeyd edək ki, Forumda yerli və xarici jurnalistlər iştirak edir.
Nərmin Vüqarqızı

