Azərbaycan Mərkəzi Bankında yüksək vəzifəyə yeni TƏYİNAT

Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə təyinat olub.
Redaktor.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.
Məlumata görə, AMB-nin sədri Taleh Kazımovun 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.
O, tənzimləyici qurumun komandasına bu il iyunun 1-dən qoşulub və sədrin müşaviri vəzifəsində çalışıb.
