İcbari tibbi sığortaya daxil olan xidmətlərin sayı ARTIRILACAQ

 13:47 22.07.2022     670

2026-cı ilədək ilədək İcbari Tibbi Sığorta çərçivəsində maliyyələşdirilən tibbi xidmətlərin sayı 2800-ə çatdırılacaq.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, hazırda İcbari Tibbi Sığorta Fondu tərəfindən maliyyələşdirilən tibbi xidmətlərin sayı 2550-dir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə Nazirliyi ilə birgə 2026-cı ilədək İcbari Tibbi Sığorta Fondu tərəfindən maliyyələşdirilən tibbi xidmətlərin sayının 2800-ə çatmasnı təmin etməlidir.