"Bu, mənə qarşı kampaniyadır, ona görə danışmaq istəmirəm" - Elman Nəsirov

Xəbər verdiyimiz kimi, mətbuatda Milli Məclisin deputatı Elman Nəsirovun Xumar Cabbarova adlı evli tələbəsi ilə eşq yaşadığına dair iddialar səsləndirilib.
Redaktor.az xəbər verir ki, xanımın keçmiş əri Emil Cabbarov Elman Nəsirovu məhkəməyə verib. Buna səbəb isə deputatın məsələ ilə bağlı “azxeber.com” saytına verdiyi müsahibədə şəxsə qarşı təhqiredici ifadələr işlətməsi, onun şərəf və ləyaqətini alçaltması olduğu göstərilib.
Məsələyə aydınlıq gətirmək üçün deputat Elman Nəsirovla əlaqə saxladıq. Məhkəməyə verilməsi barədə heç bir məlumatı olmadığını deyən millət vəkili yayılan xəbərləri təkzib etdi.
“Ümumiyyətlə bu barədə məlumatım yoxdur. Tamamilə yalandır. Mən belə mövzularla bağlı müsahibə vermirəm. Bu, mənə qarşı kampaniyadır, ona görə bu barədə danışmaq istəmirəm. Yalan, şayiə məlumatlarla bağlı danışmıram”, - o deyib.
Nərmin Vüqarqızı