Azəriqaz bu rayonda “Açıq mikrofon” aksiyası keçirdi

 18:01 22.07.2022     497

Sahibkarların problemlərinə həssaslıqla yanaşan “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin göstərişi ilə  onların müraciətlərinin araşdırılması üçün iyulun 22-də Nizami rayonunda “Açıq mikrofon” aksiyasının keçirilib.

Redaktor.az xəbər verir ki, aksiyada Birliyin İdarəetmə Aparatını təmsil edən İbrahim Kərbalayev, eləcə də Nizami qaz xidmət sahəsinin əməkdaşları sahibkarları dinləyib, onların ərizələrini qəbul ediblər.

Görüşdə İbrahim Kərbalayev sahibkarlığın inkişafına dəstək məqsədi ilə Birlik tərəfindən daim intensiv işlərin görüldüyünü bildirib. O, sahibkarlıq subyektlərinin qaz təchizatının daim diqqət mərkəzində saxlanıldığını, hətta onlara yaranmış debitor borclarla bağlı əlavə vaxt verildiyini qeyd edib.

Tədbirdə öz təkliflərini və fikirlərini səsləndirən sahibkarlar keçirilən aksiyaya və onlara göstərilən diqqətə görə Birlik əməkdaşlarına təşəkkürlərini bildiriblər.

2222