Lənkəranda 39 yaşlı qadın itkin düşüb

 20:45 22.07.2022     359

Lənkəranda 39 yaşlı qadın itkin düşüb.

Redaktor.az xəbər verir ki, rayonun Tükəvilə kənd sakini Fəxriyyə Söhbət qızı Hüseynova səhər saat 5 radələrində böyürtkən yığmaq üçün evdən çıxıb və indiyə kimi evə qayıtmayıb.

Hazırda FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin xilasedici qrupu Tükəvilə kəndindəki ərazidə axtarışlar aparır (apa.az).