Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

 11:48 23.07.2022     487

Küləkli hava şəraiti həftə sonunadək davam edəcək, arabir yağış yağacaq

Redaktor.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s olacağı, 24-də bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Rayonlarda iyulun 25-i gündüzədək bəzi yerlərdə qeyri-sabit hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimalı var.