Generaldan yeni təyinatla bağlı AÇIQLAMA

 14:44 23.07.2022     1504

Bu gün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun təqaüdə göndəriləcəyi, onun yerinə  isə  Çevik Polis Alayının rəisi Səhlab Bağırovun təyin ediləcəyi barədə məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı Manset.az-a açıqlamasında Səhlab Bağırov bildirib ki, yeni vəzifəyə təyin edilməyib:

“Mən bu söhbətləri 15-20 ildir eşidirəm. Amma ortada heç nə yoxdur. Öz yerim də yaxşıdır, razıyam. Bu elə məsələdir ki, rəhbərlik həll edir. Əgər rəhbərlik məsləhət bilərsə, gedib orda da işləyə bilərəm. Problem yoxdur”.

Vumart və Güvən reklamı Vumart Güvən