Vilayət Eyvazov Ağdaşa rəis müavini TƏYİN ETDİ

 09:42 25.07.2022     480

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Redaktor.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru İlkin Hüseynov Ağdaş Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

O, bundan əvvəl Zaqatala RPŞ-də Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində çalışıb (oxu.az).