Bu həftə daha 5 rayonda “Azəriqaz”ın “Açıq mikrofon”u qurulacaq

 09:04 25.07.2022     408

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

Qurumdan Redaktor.az-a verilən məlumata görə, bu həftə (25-29.07.2022 tarixləri) saat 11:00-da daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin 1-ci günü Xaçmaz şəhərində (Bakı prospekti, Çənlibel parkı), 2-ci günü Şabran şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), 3-cü günü Siyəzən şəhərində (Heydər Əliyev prospekti, Gənclər Mərkəzinin qarşısı), 4-cü günü Quba şəhərində (Heydər Əliyev prospekti, Gənclər Parkı),  5-ci günü Qusar şəhərində (Heydər Əliyev prospekti, Rəsm Qalereyasının qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

2
Vumart və Güvən reklamı Vumart Güvən