Son sutkada peyvənd olunanların STATİSTİKASI

Azərbaycanda son gündə koronavirus əleyhinə 18 vaksin vurulub.
Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Gün ərzində birinci doza vaksinlərin sayı 6 təşkil edib. İkinci doza vaksinasiya qeydə alınmayıb.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 8-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 4 olub.
Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 805 249 təşkil edir.