Goranboyda qəssablara qarşı reyd keçirildi - FOTO

 18:07 25.07.2022     25504

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması sahəsində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Redaktor.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində yerli icra orqanlarının əməkdaşları ilə birgə Goranboy rayonunda reyd keçirilib.

Reyd zamanı fiziki şəxslər Səfərov Cəlil Məcid oğluna, Məmmədov Müzəffər Elxan oğluna, Orucov Samir Fazil oğluna, Məmmədov Zabil Fikrət oğluna, Dəmirov Bəhman Qanboy oğluna, Rəhimov Nizami Mayıl oğluna, Məmmədov Yalçın Fərman oğluna, Qurbanov Arif Şəmsəddin oğluna, Qurbanov İltifas Əvəz oğluna, Xavəri Hatəmxan Abbas oğluna, Əhmədov Sədrəddin Nürəddin oğluna, Rzayev İlham Faxrəddin oğluna, Əmiraslanov Zaur Səhrab oğluna, İsgəndərov Natiq Əsgər oğluna, Əliyev Kamil Kəniş oğluna, Yaqubov Ramil Elman oğluna, Muradov Murad Nizami oğluna məxsus məntəqələrdə baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Məntəqə sahiblərinə qanunvericiliyin tələbləri izah edilib və icrası məcburi göstərişlər verilib.

222