Yüksək bal toplayıb, Prezident təqaüdçüsü olub...  - Gənc icra başçısı haqda əlavə məlumat

 19:31 25.07.2022     747

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Redaktor.az xəbər verir ki, "modern.az" Lerikin gənc icra başçısı haqqında daha bir neçə yeni məlumat öyrənib.

2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olmuş Əkbər Abbasov o zamankı qəbul imtahanlarında yüksək bal toplayan tələbə kimi Prezident təqaüdünə layiq görülüb.

Belə ki, “2004-2005-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncamda adı ilk sırada qeyd edilən Ə.Abbasov həmin vaxt 673 bal toplayıb.

Yeni icra başçısının atası Bəxtiyar Abbasov da Şamaxı şəhərində tanınmış sima olub. O, rayonda adlı-sanlı həkim olmaqla yanaşı, uzun müddət Yeni Azərbaycan Partiyasının Şamaxı təşkilatının sədri işləyib.

Yaşı 70-i keçən B.Abbasov hazırda təqaüddədir.