Göygölün icra başçısı kollektivə təqdim olundu

 10:18 26.07.2022     562

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elvin Nazim oğlu Paşayev bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Redaktor.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

E. Paşayev ona göstərilən etimada görə minnətdarlıq edib.