"Subyektiv süjetdir" - AMEA-dan AzTV-yə CAVAB

 10:26 26.07.2022     879

Xəbər verdiyimiz kimi, AzTV Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəaliyyəti barədə süjet hazırlayıb.

Redaktor.az xəbər verir ki, süjetdə qurumun fəaliyyəti sərt şəkildə tənqid olunub.

“Qocaman elm ocağında qocalaşma prosesi: AMEA-da işçilərin yaşından başqa heç nə dəyişməyib” adlı sujet sosial şəbəkələrdə maraqlı müzakirələrə səbəb olub. Müzakirələrdə AzTV-nin AMEA-ya ünvanlanan sərt tənqidlərinin haqlı olduğu, Akademiyanın fəaliyyətinin Azərbaycan cəmiyyətinə fayda vermədiyi bildirilir.

AMEA-nın mətbuat katibi Azadə Balayeva "modern.az"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası haqqında səslənən iradlara şərh verməyə əsas olmadığını deyib.

“AMEA-da qoca da, cavan da var. Süjet subyektivdir. Bu məsələni şərh etməyə xüsusi bir əsas görmürəm. Dünyanın hər yerində yaşlı elm adamları var”, - deyə A.Balayeva vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən