"Azəriqaz" rəhbəri canlı yayımda sualları cavablandıracaq

İyul ayının 27-də saat 16:00-da "Facebook" sosial şəbəkəsi üzərindən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin canlı yayımı planlaşdırılır.
Bu barədə Redaktor.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, vətəndaşlar qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda baş direktora müraciət edə bilərlər.