Şuşadakı oteldə 9,2 min gecələmə olub

 16:12 26.07.2022     167

Bu ilin I yarısında Şuşadakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə 9,2 min gecələmə qeydə alınıb.

Bu barədə Redaktor.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

Məlumata görə, bu, ümumi gecələmələrin 0,9%-i deməkdir.

Bundan başqa, 6 ayda Şuşadakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi 17,1% təşkil edib. Bu isə ölkə üzrə orta göstəricidən 4,7 faiz bəndi çoxdur.