MSK-da yeni struktur yaradılacaq

 17:06 26.07.2022     745

Mərkəzi Seçki Komissiyasında (MSK) yeni struktur vahidi yaradıla bilər.

Redaktor.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov komissiyanın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, yeni struktur vahidi yaradılması ilə bağlı təkliflərin hazırlanması üçün qrup yaradılıb.

O, həmçinin sosial şəbəkələrlə bağlı da struktur vahidinin yaradılmasına ehtiyac olduğunu vurğulayıb.

MSK sədri M.Pənahov isə təklif edib ki, bu çox ciddi məsələ olduğundan bununla məşğul olmaq üçün xüsusi Qrup yaradılsın: “Bu Qrupda yeni struktur vahidinin hazırlanması ilə bağlı təkliflər hazırlansın və müzakirəyə təqdim edilsin. Qrupun tərkibinə Katibliyin 3 nümayəndəsi və MSK üzvlərindən də daxil edilib. Bizim tələbimiz hansısa qurum yaratmaq deyil, bizim tələbimiz boşluğu doldurmaqdır. Bu məsələyə çox ciddi yanaşmaq lazımdır”.