Jurnalist Flora Kərimovanı xüsusi ittihamla məhkəməyə verdi

 20:50 27.07.2022     529

Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib.

Redaktor.az xəbər verir ki, iddiada Flora Kərimovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunması istənilib.

Xüsusi ittihamçı Ülviyyə Alovludur. Jurnalist  xalq artistinin ona böhtan atdığını əsas gətirərək Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə şikayət edərək həbsini tələb etdiyini bildirib.

Qeyd edək ki, iddia təsdiqini taparsa, Xalq artistini 6 aydan 3 ilə qədər həbs gözləyir.

Həmin iş Nəsimi rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclası avqustun 2-ə təyin edilib.

Flora Kərimovanın vəkili APA-ya bildirib ki, məhkəmə tərəfindən bildirişlər və şikayətin məzmunu onlara çatmayıb.