İsrail səfirindən maraqlı təklif - VİDEO

 22:09 27.07.2022     997

İsrailin Azərbaycandakı səfiri Corc Dik maraqlı təklif irəli sürüb.

Redaktor.az xəbər verir ki, bu barədə o, tvitter hesabına paylaşım edib:

““Təbrizin sehrli nağılları” kitabını hədiyyə olaraq əldə etmək istəyərsinizmi? Kağıza “Mən Təbrizin sehrli nağıllarını sevirəm” yazın, bunu sosial media hesabınızda paylaşın və mənim adımı qeyd edin. İlk 20 nəfər kitabı hədiyyə olaraq əldə edəcək”.

Xatırladaq ki, ötən həftə İsrailin Azərbaycandakı səfiri Corc Dikin öz tviter hesabında “Təbrizin sehirli nağılları” adlı kitabla paylaşdığı fotosu İran və İsrailin Bakıdakı səfirləri arasında gərginliyə səbəb olmuşdu. İran səfiri öz rəsmi tviter hesablarında İsrail səfirinə təhdid xarakterli cavab vermişdi.