Aparıcı hörmətsizlik etdiyi qazidən üzr istədi - VİDEO

 11:35 28.07.2022     1902

Ötən gün aparıcı Azər Zahidin sosial şəbəkələrdə qazi Amil Əliyevlə qalmaqallı videosu yayılıb. Görüntülərdə aparıcının görmə məhdudiyyətli qaziyə zərf verərək "Sən onsuz da saya bilməyəcəksən" sözlərini deməsi insanların qınaq obyektinə çevrildi.

Redaktor.az xəbər verir ki, bu haqda BAKU.WS-ə açıqlama verən aparıcı Tiktokda canlı yayım açaraq baş verənlərə aydınlıq gətirəcəyini bildirmişdi.

Ötən gecə Azər Amili canlı yayıma dəvət edərək bütün söz-söhbətələrə son qoyub və qazidən üzr istəməsi barədə videonu paylaşıb.

Amilin ondan incimədiyini desə də, aparıcı dəfələrlə  üzr istəyib. 

Xatırladaq ki, Amil İkinci Qarabağ müharibəsində yaralanaraq iki gözünü itirib. O, düşmən postunda minaya düşərək ağır yaralanıb və 3 gün komada qalıb.