116 nəfərə elmi dərəcə VERİLMƏDİ

 14:27 28.07.2022     603

2022-ci ilin I yarımilində elmi dərəcə və elmi ad verilmiş və ya verilməsindən imtina edilmiş, xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınmış və ya tanınmasından imtina edilmiş iddiaçıların elm sahələri üzrə sayı barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasından Redaktor.az-a verilən məlumata görə, bu müddət ərzində 230 nəfərə fəlsəfə doktoru, 34 nəfərə elmlər doktoru adı verilib.

116 nəfərə elmi dərəcə verilməsindən imtina edilib. 127 nəfərə dosent, 15 nəfərə isə professor elmi adı verilib.

15 nəfərə elmi ad verilməsindən imtina edilib. 20 nəfərin xarici ölkədə verilmiş elmi dərəcə haqqında sənədi tanınıb, 6 nəfərin sənədinin tanınmasına isə imtina cavabı verilib.

Vumart və Güvən reklamı Vumart Güvən