“Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

İyulun 29-da saat 11.00-da “Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti “Açıq qapı” aksiyası olacaq.
Birlikdən Redaktor.az-a verilən məlumata görə, aksiya "Facebook" sosial şəbəkəsi vasitəsilə canlı yayımlanacaq.
Tədbirdə “Azəriqaz”ın fəaliyyəti ilə bağlı keçirilən sorğunun nəticəsi haqqında mühüm məqamlar açıqlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.
Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.
Sualları baş direktor Ruslan Əliyev özü cavablandırılacaq.