AMEA-nın gələcək fəaliyyət istiqamətləri AÇIQLANDI

 12:13 29.07.2022     756

“Akademiyanın tərkibində olan institutlar Elm və Təhsil Nazirliyinə verildiyinə görə onların idarə olunmasında cavabdehlik daha çox nazirliyin üzərinə düşür. Onlara elmi-metodiki köməklik göstərmək isə Akademiyanın fəaliyyət istiqamətkləri sırasındadır”.

Redaktor.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, xüsusən elmi istiqamətlərin, proritetlərin müəyyən olunması, istiqamətlənidirilməsi AMEA tərəfindən yerinə yetiriləcək: “AMEA bundan sonrakı fəaliyyətində ölkə üzrə elmi ekspertiza məsələlərini yerinə yetirmək səlayiyyətlərini özündə saxlayır”.