"Məktəblərin qazlaşması “Azəriqaz”ın səlahiyyətində deyil" - Ruslan Əliyev

 12:55 29.07.2022     470

Yardımlı şəhərinin 3 saylı orta məktəbinin təbii qazla təmin edilməsi məsələsi gündəmdə saxlanacaq.

Redaktor.az xəbər verir ki, qeyd olunan məsələyə dair "Açıq qapı" aksiyası çərçivəsində fikrini bildirərkən "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev bildirib ki, istənilən qazlaşdırılma işləri müəyyən meyarlar üzrə yerinə yetirilir.

Onun sözlərinə görə, "Azəriqaz” məktəblərin qazlaşması ilə bağlı Təhsil Nazirliyi ilə birgə fəaliyyətini davam etdirir və bu gün də işlər gedir.
“Hər hansı bir ərazi üzrə müraciət olarsa, texniki şərt operativ verilir.

Qazlaşma ilə bağlı digər tədbirlər isə “Azəriqaz”ın səlahiyyətində deyil. Bu gün qazlaşmanın həyata keçirilməsi ondan ibarətdir ki, həmin müəssisədə qaz avadanlıqları olmalıdır, qazanxana tikilməlidir. Qaldı ki strateji obyektlərə, mütləq texniki şərt olmalıdır, layihə olmalıdır və layihə müvafiq qurumlar tərəfindən razılaşdırılmalıdır. Bunu həyata keçirən isə sifarişçi olmalıdır. Yəni “Azəriqaz” bu işləri həyata keçirmir. Qeyd olunan məktəblə bağlı biz yenə də əlaqə saxlayarıq”, - deyə Ruslan Əliyev qeyd etdi.

Nərmin Vüqarqızı