Abonentlər "Azəriqaz"dan razıdır - Sorğu

 13:47 29.07.2022     219

"QBS" konsaltinq şirkəti "Azəriqaz" İB-nin fəaliyyətinin qiymətləndirilməsi, Asan xidmət və "Asan Kommunal" mərkəzlərində göstərdiyi xidmətlərdən və 104-185 Çağırı mərkəzinin fəaliyyətindən məmnunluq səviyyəsi üzrə sorğu keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-in baş direktoru Ruslan Əliyev bu gün keçirilən "Açıq qapı" aksiyasında məlumat verib.

Sorğu aparan şirkətinin nümayəndəsi Valeh İsmayılov bildirib ki, sorğu telefon vasitəsilə 1870, ictimai ərazilərdə isə 210 nəfər olmaqla, ümumilikdə 2080 nəfər arasında keçirilib.

" Respondentlərin 75%-ni kişilər, 25%-ni qadınlar təşkil edib. "Asan Xidmət" və "Asan Kommunal" mərkəzlərində ən çox istifadə olunan xidmətlər koda düşmüş kartların bərpası , abonent malumatlarında dəyişiklik edilməsi və itirilmiş, zədələnmiş smart kartların bərpası xidmətləri olub",- o dedi.

"Azəriqaz" İB tərəfindən "Asan Xidmət" və "Asan Kommunal" mərkəzlərində göstərilən xidmətlərin vətəndaşları əsasən qane etdiyini vurğulayan şirkət nümayəndəsi qeyd edib ki, ən çox istifadə olunan xidmətlərin 90 % -dən çoxunda respondentlər xidmət səviyyəsindən razı qalıblar: “Ümumilikdə Çağrı mərkəzlərinə müraciət etmiş abonentlər çağrı mərkəzinin fəaliyyətini müsbət qiymətləndiriblər.

Abonentlərin ən çox narazı qaldıqları məqamlar çağrı mərkəzinə düşməyin çətinliyi və xətdə gözləmə müddəti ilə bağlı olub. Regionlarda çağrı mərkəzinin əməkdaşlarının problemin həllinə reaksiyası-operativliyi, problemin həlli üçün yönləndirmələri və əməkdaşlar tərəfindən əks əlaqənin yaradılmasından narazı olanların xüsusi çəkisi paytaxta nisbətən yüksək olub”,- Valeh İsmayılov qeyd edib.

Qeyd edək ki, ümumi nəticəyə görə, sorğuçuların 66%-i “Azəriqaz” İB-nin fəaliyyətini ümumilikdə yaxşı, 9%-i pis, 24%-i isə orta qiymətləndirib.

Nərmin Vüqarqızı

2