Qusarda "Açıq mikrofon" aksiyası keçirildi

 15:02 29.07.2022     271

Vətəndaşların qaz təsərrüfatına dair problemlərinin yerindəcə dinlənilməsinə xidmət edən "Açıq mikrofon" aksiyası çərçivəsində növbəti görüş Qusar rayonunda baş tutub.

Bu barədə Redaktor.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, aksiyaya üz tutan sakinlər qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar.

Vətəndaşlar "Səyyar qəbul otağı"nın imkanlarında istifadə edərək bir sıra kənd və yeni yaşayış massivlərinin qazlaşdırılması, küçə qaz xəttinin çəkilməsi, qaz sayğacının və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər ediblər.

Birliyin məsul şəxsləri və Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri vətəndaşların ünvanladıqları sualları cavablandıraraq, lazımi izahatlar veriblər.

22