Azərbaycanda peyvənd olunanların STATİSTİKASI

 18:10 29.07.2022     163

Azərbaycanda son gündə koronavirus əleyhinə 1 971 vaksin vurulub.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Gün ərzində birinci doza vaksinlərin sayı 350, ikinci doza vaksinlərin sayı 139 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 1 267-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 215 olub.

Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 814 329 təşkil edir.