Azərbaycanda son sutkada yoluxanların sayı DAHA DA ARTDI

 16:35 30.07.2022     4250

Azərbaycanda koronavirusa 393 yeni yoluxma qeydə alınıb, 302 nəfər müalicə olunaraq sağalıb.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan 1 nəfər vəfat edib.

Ölkədə indiyədək 798 404 nəfər koronavirusa yoluxub. Onlardan 786 358 nəfər müalicə olunaraq sağalıb, 9 747 nəfər vəfat edib, aktiv xəstə sayı 2 299 nəfərdir.

Ölkədə son sutka ərzində 2 952, hazırkı dövrədək isə 7 042 298 test aparılıb.

2