Miqrasiya orqanlarına qəbul imtаhаnının nəticələri açıqlandı

 14:50 01.08.2022     610

Dövlət İmtahan Mərkəzi iyulun 31-də Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

Redaktor.az DİM-ə istinadən xəbər verir ki, imtahanda iştirak etmək üçün namizədliyi qeydə alınan 357 nəfərdən 23-ü imtahana gəlməyib.

Namizədlər imtahan nəticələri ilə buradan tanış ola bilərlər.

İmtаhаndа nаmizədlərə 100 qapalı tipli test tapşırığı təqdim olunub. Onlardan 50 sual qanunvericilik, 10 sual Azərbaycanın tarixi, 10 sual Azərbaycan dili, 10 sual kompüter bilikləri, 20 sual isə məntiq üzrə olan test tapşırıqlarıdır. Hər suаlın düzgün cavabı 1 (bir) bаllа qiymətləndirilir.

Test imtahanının nəticələrinə əsasən, 125 nəfər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) növbəti mərhələdə iştirak etmək hüququ qazanıb.

İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 2-4 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.