Zəngilanda bərpa işləri necə gedir? - Prezidentin xüsusi nümayəndəsi AÇIQLADI

 15:32 01.08.2022     1139

İşğal illərində erməni vəhşiliyi nəticəsində tamamilə dağıdılan Zəngilanda hazırda bərpa-quruculuq işləri sürətlə davam etdirilir".

Redaktor.az  "Azərtac"-a istinadən xəbər verir ki, Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyevin sözlərinə görə, mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri həyata keçirilir, yaxınlığında isə şəhərin ümumi əhali sayını nəzərə alaraq yeni daha böyük bir məscidin tikintisinə başlanılıb. Həmçinin Zəngilanda İşğal, Zəfər muzeyləri kompleksi və Memorial Parkın tikintisi də planlaşdırılıb.

“Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolu xətti 2023-cü ildə, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu isə 2024-cü ildə yekunlaşacaq. Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün 2021-ci ilin aprel ayından tikintisinə başlanılan Zəngilan Beynəlxalq Hava Limanı isə bu ilin sentyabr ayında başa çatdırılacaq”, - deyə Vahid Hacıyev bildirib.