Növbəti "Açıq mikrofon" aksiyası Salyanda keçirildi

SOCAR "Azəriqaz" İB-nin baş direktorunun təşəbbüsü ilə həyata keçirilən və onun şəxsi nəzarətində olan "Açıq mikrofon" aksiyaları davam edir.
Redaktor.az-a birlikdən verilən məlumata görə, növbəti belə aksiya bu gün Salyan şəhərinda baş tutub. Aksiya iştirakçıları onları maraqlandıran suallara cavab tapıb, müraciətlərini ünvanlayıblar. Qeydiyyata alınan müraciətlərin çoxu aksiya zamanı öz həllini tapıb. Digər müraciətlər isə araşdırılaraq vətəndaşlara məlumat veriləcək.

