Bakıda yeniyetmə qız itkin düşdü

 09:35 02.08.2022     171

Bakıda yeniyetmə qız itkin düşüb.

Redaktor.az xəbər verir ki, hadisə iyulun 30-da Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, paytaxt sakini, 2008-ci il təvəllüdlü Məmmədova Eltac Tural qızı yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin Təhqiqat bölməsində araşdırma aparılır.