Rusiya aviaşirkəti Azərbaycana uçuşları dayandırdı

 10:58 02.08.2022     210

Rusiyanın “Ural Airlines” aviaşirkəti oktyabrın 29-dək Azərbaycana uçuşları təxirə salıb.

Redaktor.az xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilir.

Eyni zamanda, Özbəkistan, Qazaxıstan və Ermənistana da uçuşlar dayandırılıb.

Bildirilir ki, göstərilən tarixədək Rusiyanın cənub bölgələrinə - Krasnodar, Simferopol, Anapa, Gelencik, Rostov-na-Donu və Voronej hava limanlarına da uçuşlar təxirə salınıb. Qeyd olunur ki, bundan əvvəl uçuş qadağası iyulun 30-dək uzadılmışdı. (qafqazinfo)