Şuşa İcra Hakimiyyəti köçürüldü – Yeni qurum yaradılır

 13:29 02.08.2022     713

Şuşa Rayon İcra Hakimiyyətinin yerləşdiyi bina boşaldılıb.

Redaktor.az xəbər verir ki, Bakı şəhəri, N.Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 9 ünvanında yerləşən Şuşa RİH və “Qarabağa dönüş” təşkilatının ofisləri yeni ünvana köçürülüb.

Məlumatı icra başçısının müavini Vüsalə Fətəliyeva modern.az-a təsdiqləyib. O qeyd edib ki, RİH binası əvvəllər yerləşdiyi, Koroğlu Rəhimov küçəsindəki binaya qaytarılıb. 

Başçının müavini vurğulayıb ki, həmin binada yeni yaradılacaq qurum fəaliyyət göstərəcək. Bu qurumun adı və fəaliyyəti haqqında yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.