Prezident Mikayıl Cabbarova yeni səlahiyyət verdi - FƏRMAN

 15:25 02.08.2022     1046

Prezident İlham Əliyev “2011-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiq edilməsi barədə” 24 noyabr 2010-cu il tarixli fərmanında dəyişiklik edib.

Redaktor.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi hər rüb başa çatdıqdan sonra səhmlərinin (paylarının) 50%-dən çoxu dövlətə məxsus olan hüquqi şəxslərin vergi hesablamalarını və ödəmələrini aidiyyəti qurumlarla birlikdə təhlil etməli, vergilərin dövlət büdcəsinə ödənilməsini təmin edən tədbirlər görməli və görülmüş işlər barədə ildə bir dəfə ölkə prezidentinə məlumat verməlidir.

Bundan başqa, dövlət başçısı “Sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 12 sentyabr 2017-ci il tarixli sərəncamında da dəyişiklik edib. Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi sitrus meyvələri, çay və çəltik istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinin istifadəsindəki və yaxud onların istifadəsinə veriləcək yeni torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınmasını təmin etməlidir". 

Qeyd edək ki, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.