Prezident generalı işdən çıxardı - YENİLƏNİB

 20:00 02.08.2022     33972

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev vəzifəsindən azad olunub.

Redaktor.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Digər sərəncamla Bəhruz Quliyev Dövlət Gömrük Komitəsinə yeni sədr müavini təyin edilib.

Dövlət Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, B.Quliyev 2009-cu ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 2-ci sərnişin şöbəsinin inspektoru, 2011-ci ildən həmin şöbənin baş inspektoru, 2013-cü ildən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini, 2015-ci ildən rəisin birinci müavini, 2018-ci ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifələrində işləyib. 2022-ci il yanvarın 7-də isə Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

2018-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı, 2021-ci ildə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalları ilə təltif olunub.

Ailəlidir, 4 övladı var (report).

***

Azərbaycan Prezidenti İlham Əliyev Bəhruz Quliyevi Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edib.

Redaktor.az xəbər verir ki, Bəhruz Quliyev 2018-ci ilə qədər Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.

O, Dövlət Gömrük Komitəsinin sabiq rəisi Səfər Mehdiyevin əmri ilə tutduğu vəzifədən uzaqlaşdırılıb (haqqın.az).

 

2