Bu yerlərdə tonqal yandırmaq qadağan olunur

 11:28 04.08.2022     740

Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasında müəyyən edilmiş yerlərdən kənarda çadırların qurulmasına və tonqalların yandırılmasına icazə verilməyəcək.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi”nin təsdiq edilməsi haqqında” qərarında qeyd olunub.

Qərara əsasən, mühafizə zonasında İdarə tərəfindən müəyyən edilmiş yerlərdən kənarda nəqliyyat vasitələrinin hərəkətinə, dayanacaqların təşkilinə, çadırların qurulmasına və tonqalların yandırılmasına yol verilmir.

Sənəddə, həmçinin qeyd edilib ki, mühafizə zonasında həyata keçirilən işlər Qoruğun ümumi ərazisinə, Şuşa şəhərinin inzibati sərhədlərinə və Şuşa şəhərinin Baş planında müəyyən edilmiş ərazi zonalaşdırılmasına, müfəssəl həllərə və ümumi memarlıq kompozisiyasına uyğun olmalı və Qoruğun mövcud həcm-məkan ölçülərini pozmamalıdır.