Bəzi DSK-ların tərkibində dəyişiklik edildi

 16:16 04.08.2022     480

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.

Redaktor.az xəbər verir ki,  bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Məsələ barədə MSK katibi Mikayıl Rəhimov məlumat verib.

O bildirib ki, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin, 82 saylı Ağcabədi seçki dairəsinin tərkibində dəyişiklik edilib.